Tramp Putinə zəng vuraraq kömək təklif etdi

0
79

Terefsiz.az saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon bağlantısı olub.

Kremlin mətbuat xidməti bildirib ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Tramp Putinə Rusiyada hökm sürən meşə yanğınlarının söndürülməsində kömək təklif edib.

Rusiya prezidenti diqqətə və qayğıya görə minnətdarlığını bildirib və lazım gələrsə bu təklifdən yararlanacağını qeyd edib.

Putinin sözlərinə görə, Sibirdə yanğınlarla mübarizə üçün artıq güclü aviadəstə formalaşdırılıb.

İki ölkənin liderləri əlaqələrin davam etdirilməsi haqda razılığa gəliblər.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın