SpaceX peyklərin Yer kürəsinin orbitinə büdcəli çatdırılması üçün yeni kosmik proqramı anons etdi

0
65

Kosmosu müşahidə etməkdə maraqlı olan cavan şirkətlər, startaplar və şəbəkə təşkilatları üçün varolan ən böyük problem peyklərin Yer kürəsinin orbitinə çıxarılmasıdır.

Terefsiz.az saytı xəbər verir ki, bu cür missiyaların qiyməti 10 milyonlarla dollar dəyərindədir. Bu səbəbdən SpaceX şirkəti xüsusi kosmik proqram vasitəsilə bu prosesi bir qədər ucuzlaşdırmağı planlaşdırır.

Bu barədə Engadget saytına istinadən 4pda saytı xəbər verib.

SmallSat Rideshare proqramı vasitəsilə kiçik peyk operatorları mütəmadi reallaşdırılan Falcon 9uçuşlarında olacaq yerləri ucuz qiymətə bronlaşdırmaq mümkün olacaq.

Beləliklə, 1 il əvvəldən 150 kq-dan çox olmayan yük üçün yerin bronlaşdırılması 2.5 milyon dollara başa gələcək. 300 kq-a kimi olan yükün bronlaşdırılması isə 4.5 milyon dollara başa gələcək və hər əlavə kiloqram üçün 15.000$ vəsait təyin olunacaq.

Beləliklə, yükün Yer kürəsinin orbitinə çatdırılması 3 milyon dollara və 6 milyon dollara yüksələ bilər. Lakin bu halda yükün bronlaşdırılması Falcon 9-un uçuşundan 6 ay və ya 12 ay öncədən reallaşdırılmalıdır. Hal hazırda SpaceX-in ən ucuz raket missiyasının qiyməti 57 milyon dəyərində qiymətləndirilir.

SmallSat Rideshare proqramının əsas üstünlüyü ondan ibarət olacaq ki, kiçik şirkətlər öz peyklərini və ya digər məhsullarını Yer kürəsinin orbitinə böyük şirkətlərin uçuş missiyalarının qrafiklərindən asılı olmadan göndərə biləcəklər. Yeni kosmik proqram çərçivəsində SpaceX şirkəti artıq ilk 3 uçuş missiyasını anons edib.

İlk missiya 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi, ikinci missiya 2022-ci ilin birinci rübündə, üçüncü missiya isə 2023-cü ilin birinci rübündə baş tutacaq. SpaceX şirkətinin mühəndislərinin sözlərinə əsasən bu müddət yeni kosmik proqram çərçivəsində iştirak edəcək sifarişçilərin öz peyklərini hazırlamağa bəs edəcək.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın