“Air Canada” reysində müsəlman qızı baş örtüyünü çıxartmağa məcbur etdilər

0
38

Terefsiz.az saytı xəbər verir ki, “Air Canada” aviaşirkətinin reysində “təhlükəsizlik amillərinə” istinad edərək, 12 yaşlı Fatimə Abdelrəhmanı baş örtüyünü çıxartmağa məcbur ediblər.

Hadisə sosial şəbəkədə böyük səs – küyə səbəb olub.

F.Abdelrəhman ABŞ-ın skvoş üzrə milli komandasının üzvüdür. Yığma Torontodan qayıdan zaman hava limanının əməkdaşı ondan baş örtüyünü çıxarmağı tələb edib.

Fatimə bunun üçün ayrıca otaq istəyib, lakin onu kənara aparıb, baş örtüyünü tez bir halda çıxartmağa məcbur ediblər.

Hadisə haqda sosial şəbəkələrdə məlumatı F.Abdelrəhmanın bacısı Səbrin yayıb. Bundan sonra aviaşirkət baş verənlərə görə üzr istəyib.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın