İspaniya klubunun rəsmisi: Mahir hamımızın bəyəndiyi futbolçudur

0
35

Terefsiz.az saytı xəbər verir ki, İspaniyanın “Estremadura” klubu futbolçumuz Mahir Emrelini transfer etməkdə maraqlıdır.

Bunu “Estremadura”nın idman direktoru Lopes Ramos “El Periodico”ya açıqlamasında deyib.

“O, hamımızın – klub rəhbərliyi və məşqçilər korpusunun bəyəndiyi futbolçudur. Ancaq burada incə bir məqam var. Mahir hazırkı klubu ilə avrokuboklarda mübarizə aparır. Bilirik ki, danışıqlarda əsas iştirakçı hesab edilirik. Amma səbirli olmalıyıq”.

Qeyd edək ki, İspaniyanın I divizion klubu olan “Estremadura”nın transfer etmək istədiyi Mahir Emreli hazırda “Qarabağ”la UEFA Çempionlar Liqasında mübarizə aparır.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın