Bu ölkələrə kişilərsiz də gedə bilərsiniz

0
66

Yanınızda güclü cinsdən heç kəs yoxdur? Xarici ölkələrdə tək istirahət eləməyə qorxursunuz? Narahat olmayın, qadınların rahat istirahət edəcəyi ölkələrin siyahısı açıqlanıb.

Ekspertlərin fikrincə, qadın turistlər üçün ən təhlükəsiz yer Kanadadır. Bu ölkədə cinayətkarlıq faizi azdır, əhali qonaqpərvərdir. Üstəlik, Vankuver və Monrealı görəcəksiniz.

Terefsiz.az “SMnews”-a istinadən bildirir ki , siyahıda ikinci yeri İtaliya tutur. Çılğın italyanlar gözəl qadınların arxasınca fit çalsalar da, qadına qarşı ədəbsiz davranmağı heç vaxt özlərinə yaraşdırmazlar. Onlar çox alicənabdırlar.

Malta da təhlükəsiz ölkədir, deyirlər, orada hər kəs bir-birini tanıyır.

Yaponiya da ən təhlükəsiz ölkələrdəndir. Oğrular, demək olar, yoxdur, qadınlara və uşaqlara xüsusi münasibət mövcuddur. Orada qadınların işə rahat gəlib-getməsi üçün ayrıca vaqonlar da ayrılıb.

“Beşliyi” dünyanın ən zəngin və təhlükəsiz ölkələrindən sayılan Sinqapur tamamlayır.

istinad:oxu.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın