Kamran Əliyev Rusiyada 3-cü qolunu vurdu

0
38

Rusiyanın I Divizion təmsilçisi “Ximki”də çıxış edən Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Kamran Əliyev çempionatda 3-cü qolunu vurub.

Terefsiz.az saytı xəbər verir ki, azərbaycanlı hücumçu 7-ci turda “Krasnodar”ın ikinci komandası ilə oyunda fərqlənib. 46-cı dəqiqədə meydana daxil olan forvard 2 dəqiqə sonra fərqlənib.

Bu, qarşılaşmada vurulmuş sonuncu qol olub. Oyun “Ximki”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ximki” 7 turdan sonra 17 xalla ilk pillədə qərarlaşıb.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın