Bağdadda partlayış zamanı onlarla insan xəsarət alıb, ölən var

0
25

Bağdadda silah anbarında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.

 Terefsiz.az saytı xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. Partlayış köhnə silah-sursatların utilizasiyası zamanı baş verib.

İraqın paytaxtı Bağdadda mərmi partlayışı zamanı 13 nəfər xəsarət alıb.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr bildirib.

Qeyd edilir ki, hadisə silah-sursat anbarında baş verib. Yaralılardan 7-i “əl-Yarmuk” xəstəxanasına yerləşdirilib. Daha 6 nəfər isə “əl-Mahmudiyyə” xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Xəsarət alanlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, hadisə şəhərin cənub hissəsindəki silah-sursat anbarında baş verib.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın