Samsung şirkəti smartfonlar üçün 108 MP’lik kamera modulunu təqdim etdi

0
79
Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 64 MP-lik kamera modulunu təqdim edən zaman bildirmişdi ki, o, Samsung şirkəti ilə birlikdə 108 MP-lik kamera moduluna sahib smartfon modelini satışa çıxartmağı planlaşdırır.

Terefsiz.az saytı xəbər verir ki, bu gün isə Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmuş 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etdi.

Bu barədə 4pda saytı xəbər verib.

Ölçüləri 1/1.7” olan 64 MP-lik ISOCELL Bright GW1 kamera modulundan fərqli olaraq yeni kamera modulunun ölçüləri 1/1.33”-ə kimi yüksəlib. Lakin pikselin ölçüsü eynilə qalıb (0.8 mikrometr).

Beləliklə, təqdim olunmuş yeni kamera modulu 12032×9024 piksel keyfiyyətində fotolar çəkə bilir. Kamera sensorunun ölçüsünün böyüdülməsi həmçinin matrisanın əldə etdiyi işıq miqdarına da müsbət təsir edib.

Smart ISO funksiyası sayəsində isə işıqlandırılma şərtlərindən asılı olaraq ən effektiv ISO göstəricisinin seçilməsinə imkan verir.

Yüksək keyfiyyətli fotoların çəkilməsindən əlavə olaraq ISOCELL Bright HMX sensoru həmçinin saniyədə 30 kadr sürətlə 6K kefiyyətində videoların çəkilməsini də dəstəkləyir.

Öz smartfonuna bu kamera modulunu quraşdıracaq ilk şirkət isə Xiaomi olacaq. Bəzi məlumatlara əsasən 108 MP-lik kamera modulunu məhz Xiaomi Mi Mix 4flaqman smartfonu əldə edəcək.

Sözügedən kamera modulunun irimiqyaslı istehsalına isə sentyabr ayında start verilməyi planlaşdırılır.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın