Firefox 70-in ünvan sətrində HTTP ilə HTTPS’in əks olunma üsulu dəyişəcək

0
39

 Terefsiz.az saytı xəbər verir ki,  22 oktyabr tarixində təqdim olunması planlaşdırılan Firefox 70 brauzerinin ünvan sətrində HTTPS ilə HTTP protokollarının əks olunma üsulunda dəyişiklik olacaq.

HTTP üzrə açılmış səhifələr qeyri təhlükəsiz qoşulma işarəsi ilə işarələnəcəklər. Həmin işarə serifikatlarla problemlərin yaşandığı halda həmçinin HTTPS üzrə açılmış səhifələrdə də ortaya çıxacaq.

Bu barədə Opennet.ru saytı xəbər verib.

HTTP üçün link “http://” protokolu olmadan təqdim olunacaq. HTTPS üçün isə həmin protokol hələki qalacaq.

  Bundan əlavə olaraq, hansısa saytda verifikasiya edilmiş EV sertifikatı işlədildikdə brauzerin ünvan sətrində şirkət barədə məlumat əks olunmayacaq. “(i)” düyməsinin yerinə isə qoşulma təhlükəsizliyinin səviyyəsi indikatoru əks olunacaq. HTTPS üçün olan kilid işarəsinin rəngi yaşıldan boza dəyişəcək.

Lakin security.secure_connection_icon_color_gray ayarları vasitəsilə yaşıl rəngi geri qaytarmaq mümkün olacaq.

Ümumilikdə, brauzerlərin təhlükəsizliyin müsbət indikatorlardan təhlükəsizlik ilə bağlı xəbərdarlıqlara keçid etmələri müşahidə olunur.

Menyuda EV sertifikatlar barədə məlumatlar yığışdırılacaq. Lakin brauzerin ünvan sətrində EV sertifikatlar barəsində məlumatların yenidən göstərilməsi üçün about:config-ə “security.identityblock.show_extended_validation”əlavə olunub.

Ünvan sətrinin dəyişdirilməsi ümumilikdə ha hazırda Chrome brauzerində olan ünvan sətrinə bənzəyir.

Lakin Firefox-da standart olaraq “www”-nun gizlədilməsi və Signed HTTP Exchanges (SXG) mexanizminin əlavə olunmasını planlaşdırılmır.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın