” İki dəli bir araya gəlməməli idi ” – Serdar Ortaç

0
36

Bu günlərdə model Xloye Lougnan ilə boşanan türk müğənnisi Serdar Ortaç Antalyada konsert verib.

Terefsiz.az saytı xəbər verir ki, müğənninin evlilik ilə bağlı dediyi sözlər gecəyə damğa vurub.

Əvvəlki konsertlərində ailə həyatının vacibliyini vurğulayan Serdarın bu dəfəki açıqlamaları hər kəsi heyrətləndirib.

“Evlilik ruhi xəstələrin işidir. Normal insanlar evlənməz. Olmaz yəni. Bütün evli insanlara səslənirəm. İki dəli bir araya gəlməməlidir” deyən müğənni daha sonra “İki dəli” mahnısını ifa edib.

Qeyd edək ki, 2014-cü ildə evlənən cütlük anlaşmalı olaraq boşanıblar.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın