Ağrı hiss etməyə cavabdeh olan naməlum orqan aşkar edilib

0
40

Ağrı hiss etməyə cavabdeh olan naməlum orqan aşkar edilib

İsveçin Karolina İnstitutunun alimləri aşkar ediblər ki, sinir toxumasının köməkçi hüceyrələri olan şvan hüceyrələri kəskin alətlərin təsirinə, təzyiq və yanmaya reaksiya verən orqanı təşkil edirlər

Terefsiz.az  xəbər verir ki, sınaqlar nəticəsində tədqiqatçılar geni dəyişilmiş siçanlar yaradıblar. Onlarda epidermis altında torlu strukturun tərkibində olan şvan hüceyrələri işıqla aktivləşdirilə bilər. İşıq stimuluyla təsir etdikdə, heyvanlar ağrı əlamətlərini bildirirlər, həmçinin pəncələrini dartır və ya özlərini həddindən artıq çox yalayırlar. Bu, sinir uclarının və ya başqa növ şvan hüceyrələrinin stimulyasiyası zamanı baş verməyib.

Şvan hüceyrələrinin fəaliyyəti bloklaşdırıldıqda, siçanlar istilik yox, mexaniki təsirə qarşı aşağı həssaslıq nümayiş etdirirlər.

Alimlərin sözlərinə görə, insanlarda şvan hüceyrələrindən ibarət torun mövcudluğu təsdiqlənməsə də, çox güman ki, belə bir orqan var. Bu halda tədqiqatın nəticələri xroniki ağrının müalicəsinin yeni metodlarını hazırlamağa yardım edə bilər.

 

İstinad: Science Alert

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın