Avropa çempionatı: Azərbaycan millisindən 3-cü qələbə

0
37

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Terefsiz.az saytı xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi bu gün 4-cü turda autsayder Estoniya ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.

Qrupun digər oyununda Xorvatiya Macarıstanla üz-üzə gələcək.

Avropa çempionatı
C qrupu, 4-cü tur

17:30.Azərbaycan – Estoniya – 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın