Türk futbolçuya fantastik transfer təklifi

0
61

“Milan” “Yuventus”un bu yay transfer etdiyi Merih Demiralı heyətinə qatmaqda israr edir.

Terefsiz.Az İtaliya mediasına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyə millisinin üzvü üçün 30 milyon avroluq təklifini 45 milyon avroya qaldırıb. Amma “Yuventus” 21 yaşlı stoperi heyətində saxlamaq niyyətindədi.

Turin klubu Demiralı 45 milyon avroya satsa, o, Türkiyə futbol tarixinin ən bahalı futbolçusu olacaq. Hələlik ən bahalı türk futbolçu Arda Turandı. O, “Atletiko”dan “Barselona”ya 41 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, “Yuventus” Merihi bu yay “Sassuolo”dan 18 milyon avroya alıb.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın