35 il müddətinə azadlıqdan məhrum edilən qadın üç milyon dollar kompensasiya alacaq.

0
57

ABŞ-ın Nevada ştatında tələbəni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan və saxta ittihamlarla təqribən 35 il müddətinə azadlıqdan məhrum edilən qadın üç milyon dollar kompensasiya alacaq.

Bu barədə Terefsiz.az saytı Daily Mail-ə istinadən xəbər verir.

Belə ki, 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlə yetirilməsində təqsirkar bilinərək 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət 1976-cı ildə törədilib. Nevada Ali Məhkəməsi tezliklə hökmü ləğv etsə də, 1984-cü ildə qadın yenidən mühakimə edilib və işi araşdıran yuxarı istansiyalar həbslə bağlı verilən hökmü qüvvədə saxlayıblar.

2015-ci ildə cinayət yerində tapılan siqaret kötüyü vəziyyəti tamam dəyişib. Siqaret kötüyünün DNT müayinəsi keçirilib və qadının Mişel Mitçelin qatili olmadığı müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Cari ilin avqust ayının 27-də amerikalı qadına üç milyon dollar məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. 

 

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın