Samsung şirkəti Galaxy Fold 2-nin patentini əldə edib – FOTO

0
43

 Terefsiz.az saytı xəbər verir ki, öz ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-un təqdimatından sonra Samsung şirkəti Galaxy Fold 2-nin patentini əldə edib.

Əldə olunmuş patent sənədləri əsasında isə Letsgodigital saytı smartfonun mümkün olan render fotolarını yaradıb. Samsung şirkətinin patent sənədində qatlana bilən smartfonun iki versiyası əks olunub. Onlardan biri uzunlanmasına, digəri isə eninə qatlanır.

Birinci Galaxy Fold modelindən fərqli olaraq, ikinci Galaxy Fold-un ekranında ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə daha kiçik olacaq.

    Bununla yanaşı, şirkət smartfon ekranının konstruksiyasını da dəyişməyi planlaşdırır. Belə ki, şirkət ekran üzərindəki ultranazik örtüyü qatlana bilən nazik şüşə ilə əvəz etmək istəyir. Bundan əlavə olaraq, ekran ətrafında olan çərçivələr də nazikləşəcəklər.

Güman etmək olar ki, Galaxy Fold 2 8 düym ölçülü böyük ekrana və yenilənmiş Snapdragon prosessoruna sahib olacaq. Smartfon barəsində digər bir məlumat hələki yoxdur. Galaxy Fold 2-nin gələn ilin yaz fəslində satışa çıxacağı planlaşdırılır.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın