Facebook şirkəti süni zəkanı Minecraft oyununun köməyilə öyrədir

0
41

  Terefsiz.az saytı xəbər verir ki,  Facebook şirkətinin tədqiqatçılar komandası süni zəkaya Minecraft oyununu oynamağı öyrədirlər. Facebook şirkətinin təmsilçiləri bildiriblər ki, Microsoft-a məxsus olan Minecraft oyununun sadələyi süni zəkanın öyrədilməsi üçün ən ideal platformadır.

Bu barədə GitHub saytı xəbər verib.

Bu üsul ilə süni zəka sistemi insanlar vasitəsilə təlimatlandırılaraq qoyulmuş tapşırıqları müstəqil şəkildə yerinə yetirə biləcək.

    Nəticə etibarilə, tərtibatçılar insanlara gündəlik tapşırıqların yerinə yetirilməsində yardımçı olacaq servis yaratmaq istəyirlər. Minecraft oyununda isə süni zəka sistemi real oyunçular ilə sadə dialoq qura, onların istəyi ilə oyunçulara yaxınlaşa və qəliz olmayan fiqurları qura bilər.

Sistemin ilk test versiyası hamı üçün aktivdir. Beləliklə, ondan hamı istifadə edə bilər.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın