“Dorian” qasırğası qurbanlarının sayı 7 nəfərə çatıb

0
25

Baham adalarında “Dorian” qasırğası qurbanlarının sayı yeddi nəfərə çatıb.

Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Baham adalarının baş naziri Hyubert Minnis bəyan edib. O, qeyd edib ki, qurbanların sayı arta bilər.

Onun sözlərinə görə, xəsarət alan iki nəfər xəstəxanaya gətirilib və həkimlərin müdaxiləsinə baxmayaraq vəfat ediblər.

Baş nazir əlavə edib ki, çərşənbə axşamı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok Baham adalarına səfər edəcək.

Atlantik okeanından gələn “Dorian” qasırğasına beşinci dərəcə verilib və bir çox ştatlarda “Dorian” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın