Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)

0
27

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes Benz Vaneo” markalı avtomobil ilə gələn bu ölkə vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsədə, “Nike” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı arxa oturacağın altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 170 ədəd “Roman Candle”, 670 ədəd “Magic Shots 50S” yazısı olan fişənglər və 100 ədəd “Display Shell Rocket” yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Trend.az

Terefsiz.az

Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)

  • Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)
  • Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)
  • Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın