Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb

0
42

2019/2020-ci tədris ili üçün 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

Terefsiz.az xəbər verir ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılıblar.

Tam orta təhsil səviyyəsini Azər­baycanın ümumi təhsil müəs­­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci sinif üzrə) əldə etdikləri nəticələr əsasında iştirak ediblər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəyyənləşdirib.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

İstinad: Report.az

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın