Sel xətti qırdı, Goranboyda qaz təminatında fasilələr yarandı – FOTO

0
36

Goranboy rayonunda əhaliyə qaz verilməsində fasilə yaranıb.

 

Terefsiz.az saytı xəbər verir ki, Azəriqaz İB-dən  verilən məlumata görə, rayonun Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək, səhər saat 6:00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

Həmin saatlarda qaz təminatında fasilə yaranıb. Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub.

Hal hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün deyil.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın