Maaşı 31 milyon avrodur

0
59

“La Gazzetta dello Sport” nəşri İtaliya A seriyasının ən yüksək maaş alan futbolçularının yeni siyahısını  dərc edib.

Terefsiz.az-ın məlumatına görə, siyahıya “Yuventus”un hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik maaşı 31 milyon avrodur. Bu rəqəm isə 4 klubun – SPAL, “Udineze” (hər ikisi 30 milyon), “Breşia” (28 milyon) və “Verona”nın (25 milyon) futbolçularına verdiyi ümumi əmək haqqından çoxdur.

Siyahının ikinci pilləsində “Yuventus”un yarımmüdafiəçisi Matteys de Liqt (maaş-8 milyon, əlavə bonuslar -4 milyon), üçüncü pilləsində isə “İnter”in yeni transferi Romelu Lukaku (maaş – 7.5 milyon, əlavə bonuslar- 1.5 milyon) qərarlaşıb.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın