“Tobol” Emilin uğurlu debütündən yazdı

0
12

“Tobol” qapıçısı Emil Balayevin Azərbaycan millisindəki ilk oyunundan yazıb.

Terefsiz.az-ın xəbərinə görə, klubun rəsmi saytında Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçda (1:1) debüt edən 25 yaşlı qolkiper barədə bunlar qeyd olunub:

“Bakıda Emil Balayevin komandası Xorvatiya ilə görüşdən 1:1 hesabı ilə ayrıldı. “Tobol”un qapıçısı  Azərbaycan millisində debüt elədi. “Sarı-yaşıllar”ın qapıçısı bu matçda dəfələrlə komandasını qoldan xilas edərək çox inamlı oynadı. Xorvatiya ona ancaq penaltidən qol vurdu. Emil 90 dəqiqə oynadı”.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın