Əfqanıstanda baş verən partlayış nəticəsində 5 nəfər ölüb

0
43

Əfqanıstanın Fərəh vilayətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 5 nəfər ölüb.

Bu barədə Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir.

Yerli polisin məlumatına görə, partlayış Farah şəhərinin kənarında baş verib və mülki nəqliyyat vasitəsinə qarşı törədilib.

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın