Qadın ağır xəstəliyə düçar olmuş sevgilisini tərk etmədi və onunla evləndi.

0
38

Britaniyalı Debbi və Mark Kuper 11 ildir sevgilidir.

Terefsiz.az saytı xəbər verir ki, cütlük toy haqqında hələlik fikirləşməsələr də, kişinin xəstəliyi onların planlarını dəyişdirməyə məcbur edib. Belə ki, həkimlər Marka amiotrofik skleroz diaqnozu qoyublar. Bu sinir sistemenin xəstəliyindən əziyyət çəkən insanlar tədricən danışıq və hərəkət qabiliyyətini itirir və qısa zamanda ölürlər.

Debbi sevgilisi ölmədən öncə onunla evlənmək istədiyini deyib.

“Mark danışıq qabiliyyətini yavaş-yavaş itirir. Bəzi sözləri ümumiyyətlə tələffüz edə bilmir. Ona görə, toyun təşkilatçılarından xahiş etdik ki, mərasim zamanı toy andını qısa etsinlər. Onlar da anlayışla qarşıladı”, deyə Debbi bildirib.

Cütlük bal ayı üçün Türkiyəyə gedib.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın