Yeni iPad Pro planşet modeli 3 arxa kamera əldə edəcək

0
41

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən planşet modelinin istehsalat maketini əldə edib. Bu barədə Digger.ru saytı xəbər verib. Bununla yanaşı o qeyd edib ki, 2019-cu il iPad Pro modelinin texniki göstəriciləri iPhone 11 Pro-nun texniki göstəriciləri ilə eyni olacaq.

3 arxa kamera modulu vasitəsilə yeni iPad Pro saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə biləcək. Hələ avqust ayının əvvəlində Macotakara saytı bildirmişdi ki, bu ilki iPad Pro modeli 3 arxa kamera modulunu əldə edəcək. Bir neçə müddət sonra isə digər kütləvi informasiya vasitələri bu məlumatı təsdiqlədilər. Gözləntilərə əsasən Apple şirkəti iPad Pro 2019 planşetini, 16 düym ekrana sahib MacBook Pro noutbuk modelini və digər məhsulları oktyabr ayının sonunda təqdim edəcək.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın