Tarixin ən qəddar cütlüyünün əşyaları satıldı – FOTO

0
35

Tarixin ən qəddar cütlüyü olan Bonni və Kludi Barrounun əşyaları hərracda satılıb.

1930-cu illərdə ABŞ-da Bonni Parker və Kludi Barrou ən qəddar qatil və oğru cütlük olaraq tarixə keçmişdilər. 1930-cu ildə Texasda tanış olan və bir-birinə vurulan cütlük doqquzu polis olmaqla, 13 nəfəri öldürmüşdü.

1934-cü ildə polis onların olduğu maşını gülləbaran etmiş və hər ikisi maşında ölmüşdü.

1929-cu il iqtisadi böhranına görə maddi sıxıntı çəkən xalq bank soyan cütlüyü qəhrəman elan etmişdi.

Terefsiz.az xəbər verir ki, ABŞ tarixinin ən qəddar cütlüyünə aid əşyalar Bostonda hərraca çıxarılıb. Kludinin öldüyü zaman qolunda olan saat 12 min dollara alıcı tapıb. Eyni zamanda, onun polisdən oğurladığı güllə keçirməz jilet 3 min dollara satılıb.

Cütlüyün soyğun və cinayətlərdə istifadə etdikləri tüfəng isə 17 min 717 dollara alıcı tapıb.

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın