28 may metrosunda 20 yaşlı gənc bıçaqlanıb.

0
78

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Terefsiz.az saytı “Report”-a istinadən xəbər verir ki, hadisə Bakı metrosunun “28 may” stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrət Əli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın