Şahin Mustafayev: Azərbaycanla Rusiyanın turizm əməkdaşlığının genişləndirilməsi üçün proqramın imzalanması planlaşdırılır.

0
69

Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti 3 il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur.

Terefsiz.az saytı xəbər verir ki, bunu AzərTac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir”, – deyə Ş.Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayında Rusiya birinci yerdədir:

“Ötən il Azərbaycana Rusiyadan gələnlərin sayı 880 min təşkil edib. Artım bu il də davam edir. Belə ki, 2019-cu ilin birinci yarısında rusiyalı turistlərin sayı 2,5 faiz artıb”.

İstinad: report.az

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın