Ərdoğanla Tramp gələn ay Vaşinqtonda görüşəcəklər

0
29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Terefsiz.az APA-nın yerli bürosundan verilən xəbərə istinadən bildirir ki, telefon söhbətində ikitərəfli məsələlərlə yanaşı, Fərat çayının şərqində qurulması planlaşdırılan “təhlükəsiz bölgə” barədə də müzakirələr aparılıb.

Həmçinin danışıqlar əsnasında iki ölkə prezidentlərinin gələn ay Vaşinqtonda görüşməsi razılaşdırılıb.

Sevil Ünal Hilalqızı

istinad:apa.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın