Portuqaliyada parlament seçkiləri başa çatıb, Sosialist Partiyası birincidir

0
18

Portuqaliyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

Terefsiz.az “RİA Novosti-yə istinadla xəbər verir ki, ilkin nəticələrə görə, seçki bülletenlərinin təxminən 80 faizi hesablandıqdan sonra, ölkənin Baş naziri Antonio Kostanın Sosialist Partiyası 38.41 faiz səslə liderliyə yüksəlib.

İkinci yerdə isə 33,69 faiz səs toplayan Sosial Demokrat Partiyasıdır.

Səsəvermə zamanı fəallığın son dərəcə aşağı olduğu bildirilir. Baş nazir Antonio Kostanın seçicilərə çağırışlarına baxmayaraq, onların yalnız 52,6% -i səsvermədə iştirak edib.

Seçkilərə eyni zamanda Solçu blok, Sosialist və Sosial-Demokrat partiyaları, Birləşmiş Demokratik Koalisiya, Xalq Partiyası, “İnsanlar-heyvanlar-təbiət” ictimai birliyinin namizədləri də qatılıblar.

Qeyd edək ki, 230 deputatdan ibarət ölkə parlamenti dörd il müddətə seçilir.

istinad:apa.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın