“Finoko” BOKT dollarda, illik 9% gəlirliliyə malik istiqraz buraxıb.

0
36

 

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 5 il müddətinə 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb.

Terefsiz.az saytı “Report”-a istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.

Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın