“Səyavuş Aslanı Çingiz çərlətdi, öldürdü. Həmişə həbs edilirdi. Atası onun üçün nələr etmirdi. Həbsdən çıxıb, narkomanlıq edirdi, yenə tuturdular. Onu xəstəxanaya qoyub, narkotikdən müalicə də etdirdilər” – Siyavuş Aslanın oğlu haqqında

0
124

Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz “Bizimləsən” verilişinə gəlib.

Terefsiz.az saytı xəbər verir ki, o, övladını görmək istədiyini söyləyib. Çingiz bildirib ki, uşağı onu görmək istəmir:

“Qızımı görsəm, ona heç nə deməyəcəm. Ona yaxşı ata olmamışam. Anasını da döyürdüm, pis ata olmuşam.

Amma qadın mənimlə yaşaya-yaşaya özünə adam tapmışdı. Mənə xəyanət edirdi. Normal ayrılardı, gedib, başqası ilə yaşayardı”.

Verilişə zəng edən bir şəxs isə Çingizin ünvanına “Səyavuş Aslanı Çingiz çərlətdi, öldürdü. Həmişə həbs edilirdi. Atası onun üçün nələr etmirdi. Həbsdən çıxıb, narkomanlıq edirdi, yenə tuturdular. Onu xəstəxanaya qoyub, narkotikdən müalicə də etdirdilər” sözlərini deyib.

Qeyd edək ki, Çingiz bundan əvvəl də”Bizimləsən” proqramına gələrək, yaşamağa yeri olmadığı, küçələrdə qaldığını deyib. O, sığınacağa yerləşdirilmişdi.

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın