“WhatsApp” İsrail şirkətini məhkəməyə verdi – Casusluq ediblər

0
30

“WhatsApp” şirkəti İsrailin kibernəzarət şirkəti olan “NSO Group”u məhkəməyə verib.

Terefsiz.az xəbər verir ki, buna səbəb həmin şirkətin “WhatsApp”dan genişmiqyaslı casusluq üçün istifadə etməsidir.

Məlumata görə, “NSO Group” 20 ölkədə aralarında məşhur jurnalistlər və hüquq müdafiəçiləri də olmaqla 1400-dən çox insanı izləyib.

Şəxsi məlumatları ələ keçirilən həmin şəxslər “WhatsApp” tərəfindən xəbərdar edilib.

“WhatsApp” rəsmiləri Şimali Kaliforniya Regional Məhkəməsinə şikayət edərək “NSO Group”un daimi olaraq “WhatsApp”dan istifadəsinə qadağa qoyulmasını tələb ediblər.

İstinad: Ölke.az

Terefsiz.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın