Fil nəzərdə tutulmayan yerdə düşərgə quran turisti öldürdü

0
37

Namibiyada filin hücumuna məruz qalan avropalı turist həlak olub. Bu barədə “Namibian” nəşri məlumat yayıb.

Terefsiz.az xəbər verir ki, Avstriyadan olan turist nəzərdə tutulmayan yerdə qurulmuş düşərgədə qalırmış. Hadisələrin gedişatı, filin turistə hansı səbəbdən hücum etməsi haqqında dəqiq məlumat hələlik verilməyib.

Lakin ölkənin Ətraf aləm və Turizm Nazirliyi “Facebook” hesabında baş verənləri belə şərh edib:

“Nazirlik 59 yaşlı Avstriya vətəndaşı olan turistin səhər saatlarında Kunenedə Xuab çayı yaxınlığında bir qrup turist tərəfindən salınmış düşərgədə öldürüldüyü haqqında məlumat əldə edib”.

istinad:oxu.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın