Pirallahı yolunda qəzada 2 nəfər xəsarət alıb

0
25

Pirallahı rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. İki minik avtomobilinin toqquşması zamanı Pirallahı rayon sakinləri 89 yaşlı Adıgözəlov Sədi Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Nəsibova Məryəm Sədi qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

istinad:oxu.az

BIR CAVAB BURAXIN

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın