Əfqanıstanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

0
127

Əfqanıstanın Bəlx vilayətində beynəlxalq hava limanının iki əməkdaşı avtobusa silahlı hücum nəticəsində həlak olub.

“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə Əfqanıstanın “KabulNews” telekanalı məlumat yayıb.

Əyalətin inzibati mərkəzi – Məzari-Şərif şəhərinin hava limanının əməkdaşları iş günündən sonra evə qayıdarkən xüsusi avtobusda silahlı basqın edilib.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

TEREFSİZ.AZ