Əlcəzairdə hərbçilər və jandarmeriya əməkdaşları terror hücumlarını planlaşdıran 5 yaraqlını həbs edib.
Terefsiz.az saytı xəbər verir ki, onlar terrora qarşı mübarizə əməliyyatı zamanı Batna əyalətində ələ keçib.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər dinc Əlcəzairin müxtəlif yerlərində partlayıcı maddələrdən istifadə edərək nümayişçilərə qarşı hücum planlaşdırıblar.
Terefsiz.az