” Ən qəlbi yerlər ” – Bənövşə Mahmudqızı

0
381

” Ən qəlbi yerlər ”

Sevə-sevə düşürlər gözümdən
Sevdiyim insanlar.
Sevə-sevə düşürlər gözümdən
Damla-damla yaşlar.
İçimdəki qarlar, yağışlar,
Ağzımda söyüşlər, qarğışlar…
Küçümsədiyiniz bu qızın
Bir böyük qəlbi var!
Bağışlar, hər zaman bağışlar…
Həqiqi sevgi var,
Bağlılıq var, dostluq var.
Bir də ki salamlaşdığın tanışlar.
Bağlılığın bağı qopar,
Dostluq da bitər,
Dost da gedər,
Tanışlar yadlaşar, salamsızlaşar.
Amma həqiqi sevgi var ha,
Həqiqi sevdiklərin…
Qələt edər bu ürək,
Yesə də milyon ürək!
Küçümsədiyiniz bu qızın
Böyük bir qəlbi var!
Ən qəlbi yerlərdə
Sevdiklərim durar.
Sevə-sevə düşürlər
Gözümdən
Sevdiyim insanlar
Mən isə
Sevə sevə qaytarıram,
Ən qəlbi yerlərə…

Bənövşə Mahmudqızı