İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir. Türkiyə bu mübarizəyə töhfə verməkdə davam edir.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter”dəki səhifəsində yazıb.
“İŞİD terror qruplaşmasın rəhbərinin zərərsizləşdirilməsi müttəfiqlərimizlə terrora qarşı ortaq mübarizəmizdə önəmli dönüş nöqtəsi olub. Türkiyə bundan əvvəl olduğu kimi, bundan sonra da terrora qarşı kəskin mübarizə aparmaqda davam edəcək”, – deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə İŞİD, PKK/YPG və terror qruplaşmaları ilə mübarizəyə daha çox töhvə verib. Terrorizmə qarşı mübarizə müttəfiqlik ruhuna uyğun, qətiyyətli mübarizə aparılsa, bəşəriyyət asayiş içində olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İŞİD liderinin zərərsizləşdirildiyini xəbər verib. O, terror qruplaşmasına qarşı mübarizəyə verdiyi töhfəyə görə Türkiyəyə və digər ölkələrə minnətdarlıq edib.
Terefsiz.az