“Bölgədə baş verənlər Türkiyənin bir çox sahədə Avropa İttifaqı üçün nə qədər önəmli olduğunu bir daha konkret şəkildə nümayiş etdirdi”.
“Terefsiz.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Mario Draqi ilə birgə mətbuat konfransında deyib.
“Mən İtaliyaya bu əlaqələrin inkişafına verdiyi dəstəyə görə təşəkkür etdim. İndiki mərhələdə əsas məsələ Türkiyənin Avropa İttifaqına gətirəcəyi əlavə dəyəri dərk edərək, onun üzvlük perspektivini gücləndirməkdir. Bu dəstəyin daha da güclənəcəyinə inanıram”, – Ərdoğan vurğulayıb.
terefsiz.az