Ərdoğan və Putin telefonla Suriyanı müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Terefsiz.az saytı xəbər verir ki, tərəflər İdlib deeskalasiya zonasında radikal qruplaşmaların son aktivliyini müzakirə ediblər.
Söhbət zamanı Putin və Ərdoğan ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar.
Terefsiz.az