Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
“TEREFSİZ.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.
“Danışıqlar zamanı regional hadisələr, o cümlədən Türkiyə ilə Böyük Britaniya arasında münasibətlər, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbi, həmçinin Ukrayna ilə Rusiya arasında müharibə müzakirə edilib”, – ofis qeyd edib.
TEREFSİZ.AZ