Əri maraqlanmadığı üçün qırx günlük körpəsini küçəyə atdı

0
129

Türkiyənin Adana şəhərində ana qırx günlük körpəsini küçəyə atıb.

Terefsiz.az “Hürriyet”in xəbərinə istinadən bidirir ki, Ayşə E. adlı bir qadın qızı Masalı beşiyə qoyaraq qaynının evinin qarşısına qoyub.

Evinə gələndə qapısının qarşısında körpəni görən kişi polisə xəbər verib. Polis beşikdəki qeyddə yazılan telefon nömrəsinə əsasən uşağın anasının Ayşə E. olduğu müəyyənləşdirib.

Qadın polisə verdiyi ifadəsində onunla maraqlanmadığına görə əri Cəlal Y.-yə dərs vermək üçün belə etdiyini deyib.

Körpə Masal isə həkim nəzarətindədir. Ailəsi onu qəbul etməsə, körpə uşaq evinə yerləşdiriləcək.

istinad:oxu.az