Terefsiz.az saytı xəbər verir ki, Əfqanıstanın baş naziri postuna namizəd Əmrulla Salehin ofisinə silahlı basqın olub.
“Tolo News” verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb.
Daha əvvəl altı nəfərin yaralandığı haqqında informasiya olsa da, onların da sayı 13-ə yüksəlib.
Mənbə iddia edir ki, hücum zamanı Salehin ofisində köməkçisi olub.
Şahidlərin ifadəsinə görə, insidenti dörd nəfər törədib.
Terefsiz.az