Əfqanıstanda prezident seçkiləri günü baş verən hücumlarda azı 32 nəfər həlak olub, daha 123 insan xəsarət alıb.
Terefsiz.az saytının məlumatına görə, bu barədə yerli “Pajvok” agentliyi xəbər verib.
Məlumata görə, radikal “Taliban” hərəkatının döyüşçüləri 64 hücuma görə məsuliyyəti üzərinə götürüb.
Daha əvvəl Əfqanıstanın xüsusi xidmət orqanının prezident seçkiləri günü “Taliban”ın 34 döyüşçüsünü zərərsizləşdirib, daha 18 “talibançı” saxlanılıb.
Şənbə günü Əfqanıstanda prezident seçkiləri keçirilib. Seçkilər “Taliban” radikal qruplaşmanın səsverməni pozmaq niyyəti haqqında bəyanatı fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şəraitində keçirilib.
Terefsiz.az