Əməkdar artist Çingiz Əhmədov son olaylar barədə fikir bildirib.

0
190

“Təbii ki, hər bir ölkəni narahat edən problem koronavirusdur. O cümlədən də bizi. Siz gördüz ki, iki gün karantin rejimi oldu. İnsanlar balkondan polis işçilərinə zibil atdılar. Onları elə-belə evdən çıxartmayıblar ki. Gərək hər bir kəs özünə hörmət eləsin ki, ətrafına hörmət eləsin. Polislər də bizim qardaşlarımızdır. Polislər bilirsiz bizi qoruyan insanlardır. Polis səni niyə gəlib evdən çıxardıb döyməlidir? Bir şeyi gözünüzün qabağına gətirin. Təbii ki, sən polisə sataşandan sonra, artıq-əskik danışandan sonra onun səni döyməsində haqq var. İstər istəməz kimsə bizə artıq əskik söz desə təbii ki, onun cavabını verəcəksən.”