Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

0
171
“İki həftə ərzində ABŞ-la Suriyada təhlükəsiz bölgə yaradılması məsələsi gerçəkləşməsə, öz hərəkat planımızı həyata keçirəcəyik”.
Terefsiz.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan 2019-2020-ci tədris ilinin açılış mərasimində deyib.
Ərdoğan qeyd edib ki, bu müddətdə nəticə olmasa, lazımi addım atılacaq.
“Təhlükəsiz bölgəyə Türkiyə və Avropada yaşayan 3 milyonadək qaçqını yerləşdirmək mümkündür. Avropadan Fəratın şərqi məsələsində daha çox dəstək gözləyirik. Qarşıdakı aylarda baş verən proseslər Suriya məsələsinin gələcəyini müəyyənləşdirəcək”, – deyə Ərdoğan əlavə edib.