NATO Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə xoşbəxt olmalıdır. Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək.
Terefsiz.az saytı “Habertürk” – ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, S-400-lərin əldə olunması NATO-ya güclü təsir edəcək:
“Alyans bundan xoşbəxt olmalıdır. Əgər NATO-da 3-5 ən güclü üzv ölkə varsa, onlardan biri Türkiyədir. Regionumuzda isə Türkiyə NATO-nun ən güclü dayağıdır. Yəni bu, həm də alyansı gücləndirəcək”.
Qeyd edək ki, Rusiyadan göndərilən S-400 zenit-raket kompleksləri bu gündən etibarən Türkiyəyə çatdırılıb.
Terefsiz.az