Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü dəfə Türkiyə çempionu olan “Qalatasaray”ı təbrik edib.
“Report” xəbər verir ki, bu barədə Ərdoğan rəsmi tviter hesabında paylaşım edib.
Türkiyə Prezidenti tvitində Super Liqanın 2022-2023 mövsümünün çempionu “Qalatasaray”ı, azarkeşlərini və bütün Qalatasaray ictimaiyyətini ürəkdən təbrik etdiyini qeyd edib.