Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

0
74

“Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”.

“Terefsiz.az” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə üçtərəfli zirvə görüşündən sonrakı birgə mətbuat konfransında deyib.

Türkiyə lideri İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını qiymətləndirdiklərini bildirib.

Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyəti var. Biz bunun həyata keçirilməli olduğunu xüsusi qeyd etdik”, – Türkiyə rəhbəri vurğulayıb.

Ərdoğan Zelenskinin dəvəti ilə Lvovda olmaqdan məmnunluğunu bildirib.

Zelenski ilə ikitərəfli görüşdə ölkələr arasında strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrin bütün aspektlərini dəyərləndirdiklərini vurğulayan Ərdoğan mövcud şərtlərdə əməkdaşlığı və həmrəyliyi yaxşılaşdırmaq imkanlarını müzakirə etdiklərini bildirib.

Təbii ki, təxminən 6 aya yaxın davam edən müharibə danışıqlarımızın əsas mövzusu oldu. Bu münasibətlə onun bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladım”, – Türkiyə lideri vurğulayıb.

terefsiz.az